KARA BİBER

qara bibər
KARA
KARA BORSA
OBASTAN VİKİ
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Biber kəklikotu
== Ümumi yayılması: == Qafqaz. == Azərbaycanda yayılması: == Quba və Naxçıvan MR-da dağlıq yerlərində rast gəlinir. == Statusu: == Azərbaycanın nadir və relikt növüdür. VU D2. == Bitdiyi yer: == Orta və subalpda quru daşlı yamaclarda bitir. == Təbii ehtiyatı: == Azərbaycanda arealı dardır. == Bioloji xüsusiyyətləri: == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü kolcuqdur. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzun¬-luğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, baş¬cıq çiçək qruplarına yığılmışdır.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" - qara, "Kul" - göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər . == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek - Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir . 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.Kara-Kul şəhərinin yaxınlığında Toktoqul SES-nın istinad divarları yerləşir.
Kara-angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Kara (albom)
Kara - Türk müğənni və bəstəkarı Soner Sarıkabadayının debut albomu. == Albom haqqında == 2010-cu ildə Buz adlı mahnısı ilə hitə çevrilən və ən əsası onu tanıtdıran Soner Sarıkabadayının ilk albomu Kara ifaçı üçün musiqi karyerasına bir başlanğıc olub. İfaçının Kara albomunu dinləyəndə tanıdığınız klassik pop albomlarından fərqli olduğunu anlaya bilərsiniz. Albomda 10 mahnı və 3 sound mix yer alıb. Albomun prodüsserliyi Naci Bayşu, digər təşkilat işləri Mehmet Çelik və Gökhan Turan tərəfindən aparılmışdır. Gün Doğmaz, Yanıyorum, Arama, Alev Alev, Yalan Değil, Adalatin albomun seçilən mahnılarındandır. Kara albomuna adını verən və klip çəkilən mahnı həm də çıxış sinqlıdır. Albom 2001-ci ildə Bay Müzik etiketi ilə yayımlansa da 2010-cu ildə Esen Müzik etiketi ilə yenidən CD şəklində satışa çıxarılmışdır.
Kara Bono
Kara Bono (ing. Cara Buono; 1 mart 1974 və ya 1 mart 1971, Bronks, Nyu-York ştatı) — amerikalı aktrisa. Əsasən Qəribə şeylər (2016-cı ildən) serialı və Halk (2003) filmi ilə tanınır. == Həyatı və təhsili == Bono 1 mart 1974-cü ildə Nyu-York şəhərinin Bronks bölgəsində italyan ailədə dünyaya gəlmişdir. İki qardaşı və bir bacısı var.Bono Forelle Laquardiya tam orta məktəbində təhsilini almışdır. Daha sonra isə Kolumbiya Universitetində ingilis dilində siyasət ixtisasında bakalavr təhsili almışdır. Bakalavr diplomunu üç ildə əldə etmişdir. == Karyerası == Bono ilk aktrisalıq təcrübəsini 12 yaşında "Kabus ev" tamaşasında yaşamışdır.Bono film karyerasına Etan Hok və Ceremi Ayrons ilə brilikdə "Su ölkəsi" filmində başlamışdır. Yer aldığı digər filmlərin siyahısında "Növbəti dayanacaq möcüzələr ölkəsi" (1998),"Çatni popkorn" (1999), "İki Nina" (1999) və "Xoşbəxt qəzalar" (2000) yer alır. 1999-cu ildə "Qəlbimin dərinliklərində" adlı telefilmdə gənc qız Cerri Kammins rolunda kiçik səhnədə yer almışdır.
Kara dənizi
Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır. == Fiziki-coğrafi vəziyyət == Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub. Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir. Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir.
Rasim Kara
Rasim Kara (d. 10 iyun 1950, Əskişəhər) — Çərkəz əsilli Türkiyə milli futbol komandasının keçmiş qapıçısı və məşqçisidir. == Karyera == === Futbol karyerası === Rasim Kara " Beşiktaş "a həm futbolçu, həm də məşqçi kimi xidmət edən nadir adlardandır. ==== Bursaspor ==== Futbola Eskişehir Işıksporda qapıçı olaraq başlayan Kara, Uşakspor'dan Bursaspora transfer oldu. Oradan Türkiyə milli futbol komandasına yüksəldi. 1972–73 mövsümündə Osman Uçanerin ehtiyat oyunçusu kimi heyətə daxil olan Kara, 1972-ci il oktyabrın 15-də Mersin İdman Yurdu ilə oynanan liqa matçında matçında debüt etdi. Növbəti mövsümdə Bursaspor Türkiyə Kubokunun sahibi oldu. 1974–75 mövsümü Karanın özünü göstərdiyi mövsüm idi. O, bir kubok matçından başqa bütün matçlarda "Bursaspor"un qapısını qoruyub. UEFA Kubok Qalibləri Kubokunun 1/4 final mərhələsində çıxış edən komandanın 6 oyununda meydana çıxan Kara bu qarşılaşmaların yarısında qol buraxmayıb.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.
Kara's Flowers
Maroon 5 (Marun fayv) — Los-Ancelesdə yaradılan, amerikan pop-rok qrupu. 1994–2001-ci illərdə "Kara's Flowers" adı altında fəaliyyət göstərmişdir. == Diskoqrafiya == "Kara's Flowers" adı ilə: The Fourth World (1997)"Maroon 5" adı ilə: Songs About Jane (2002) 1.22.03.Acoustic (2004) Live — Friday the 13th (2005) It Won't Be Soon Before Long (2007) The B-Side Collection (2007) Live from SoHo (2008) Live from Le Cabaret (2008) Call and Response: The Remix Album (2008) Hands All Over (2010) == Klipləri == 2003 — Harder To Breathe 2004 — This Love 2004 — Sunday Morning 2004 — She Will Be Loved 2007 — Won't Go Home Without You 2007 — Wake Up Call 2007 — Makes Me Wonder 2008 — If I Never See Your Face Again (feat. Rihanna) 2008 — Goodnight Goodnight 2010 — Misery 2010 — Give A Little More 2010 — Hands All Over (mahnı) 2011 — Never Gonna Leave This Bed 2011 — Runaway 2011 — Moves Like Jagger (feat. Kristina Aqilera) 2012 — Payphone (feat.
Kara's Flowes
Maroon 5 (Marun fayv) — Los-Ancelesdə yaradılan, amerikan pop-rok qrupu. 1994–2001-ci illərdə "Kara's Flowers" adı altında fəaliyyət göstərmişdir. == Diskoqrafiya == "Kara's Flowers" adı ilə: The Fourth World (1997)"Maroon 5" adı ilə: Songs About Jane (2002) 1.22.03.Acoustic (2004) Live — Friday the 13th (2005) It Won't Be Soon Before Long (2007) The B-Side Collection (2007) Live from SoHo (2008) Live from Le Cabaret (2008) Call and Response: The Remix Album (2008) Hands All Over (2010) == Klipləri == 2003 — Harder To Breathe 2004 — This Love 2004 — Sunday Morning 2004 — She Will Be Loved 2007 — Won't Go Home Without You 2007 — Wake Up Call 2007 — Makes Me Wonder 2008 — If I Never See Your Face Again (feat. Rihanna) 2008 — Goodnight Goodnight 2010 — Misery 2010 — Give A Little More 2010 — Hands All Over (mahnı) 2011 — Never Gonna Leave This Bed 2011 — Runaway 2011 — Moves Like Jagger (feat. Kristina Aqilera) 2012 — Payphone (feat.
Kara-Kıs Munzuk
Kara-Kıs Munzuk (tıva Кара-Кыс Номзат-уруу Мунзук 15 sentyabr 1918 – 18 dekabr 1995, Kızıl) — Sovet Tıva müğənnisi, aktrisa, şairə, Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti. == Bioqrafiyası == Kara-Kıs Munzuk 1918-ci il sentyabrın 15-də Uryanxay vilayətinin Çal-Kejiq kəndində yoxsul ovçu-arat Nomzat Oyunun böyük ailəsində anadan olmuşdur. Cəmi iki yaşında ikən anası Natpit ölür. Bu zaman onun kiçik qardaşı Bice-ool yalnız altı aylıq idi. Ailənin daha sonra Böyük Vətən Müharibəsi zamanı könüllü olmuş (o vaxt Tıva müstəqil Tıva Xalq Respublikası idi), 1944-cü ildə Ukraynadakı döyüşlərdə həlak olmuş böyük oğlu Tunqulak da var idi. Oyun qəbiləsindən olan Nomzat ata qızı qohumlara tərbiyəyə verir. Qız Bəy-Haak kəndindəki ibtidai məktəbə gedənə qədər yurtlarda yaşamışdır. Məktəbdə onun ifaçılıq istedadı özünü büruzə verir. Bundan sonra xalq mahnılarını səsləndirməyə başlayır. 1934-cü ildə Qızıl Birləşmiş Məktəbinə pedaqoji kursa daxil olur, həvəskar tamaşalarda iştirak edir.
Kara darvazası (boğaz)
Kara Darvazası boğazı (rus. Карские Ворота) - Yeni Torpaq adasını Vayqaç adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 33 km, eni 50 km, dərinliyi 7 m-dən şərqdə isə 230 m arasında dəyişir. Boğazda temperatur yay ayları 13,5 S, orta illik isə 0,9 S təşkil edir. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bununla belə Qolstrim cərəyanının təsiri ilə bəzən qışda belə buzla örtülmür. Boğazın qərbində Peçora dənizinin cənub-şərqi ilə əhatələnir. Boğaz öz yerləşməsinə görə Yeni Torpaq arxipelaqının cənubunda yerləşir və Şimal Buzlu okeanından keçən Şimal dəniz yolunun bir qolunu təşkil edir.
Kara harp okulu
Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir. == Yaranması == Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II.Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur.Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır.Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır.Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir.Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 İyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır.Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir.Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır.İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır. == İxtisaslar == Piyadaçı Tankçı Artilleriya mütəxəsisi Hava Hücumundan Müdafiə mütəxəsisi Quru Havaçılıq mütəxəsisi İstehkamçı Kəşfiyyatçı Rabitəçi Maddi-Texniki Təminat mütəxəsisi Texnikaya qulluq üzrə mütəxəsis Şəxsi heyətlə iş üzrə mütəxəsis Maliyyəçi Topoqraf == Döyüş Bayrağı == Hal-hazırda istifadə edilən Quru Qoşaunlar Məktəbi Döyüş Bayrağı 2001-ci ildə qəbul edilmişdir.Döyüş Bayrağının üstündəki 1834-cü il məktəbin yarannma tarixi, çarpaz qılınc zabit olmağı, çələng zabitliyi, günəş şüalı Atatürk portreti özü də Quru Qoşunlar Məktəbi məzunu olan Atatürkün hərbi məktəb müdavimlərinə və Türkiyəyə yaydığı çağdaş fikirlərə işarə edir.Bayrağın rənginin qırmızı olması isə Türkiyə Cümhuriyyəti bayrağını və Quru Qoşunlar Məktəbi məzunlarından olan şəhidləri göstərir.
Köhnə Kara (Askın)
Köhnə Kara (başq. Иҫке Ҡара, rus. Старая Кара) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 46 km, kənd sovetliyindən (Starıy Kazansı): 11 km. ən yaxın dəmiryol stansiyasından (Keuda stansiyası): 88 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (96%) üstünlük təşkil edir.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Ruskaya Kara (Askın)
Ruskaya Kara (başq. Урыҫ Ҡара, rus. Русская Кара) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 45 km, kənd sovetliyindən (Starıy Kazansı): 10 km. ən yaxın dəmiryol stansiyasından (Keuda stansiyası): 88 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (100%) üstünlük təşkil edir.
Yeni Kara (Askın)
Yeni Kara (başq. Яңы Ҡара, rus. Новая Кара) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazançi kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 46 km, kənd sovetliyindən (Starıye Kazançi): 11 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 89 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə milli tərkib baxşmından başqırdlar (99%) üstünlük təşkil edir.
Çırpınırdı Kara deniz
Çırpınırdı Qara dəniz — Azərbaycanda və Türkiyədə çox populyar olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan mahnı. Mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranmışdır. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib."Çırpınırdı Qara dəniz" şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şer kitabı olan "Dalğa"da da dərc olunub. Mahnı Azərbaycanda iki ifaçının ifasında daha populyardır. Bunlar Azərin və Şəmistan Əlizamanlıdır. Xüsusən, bu mahnı Türkiyədə Azərinin ifasında çox sevilir. == Plagiat iddiaları == Son dövrlərdə mahnı ermənilər tərəfindən erməni aşığı Sayat Novanın əsəri kimi "Kamança" adıyla təqdim edilməkdədir.Eyni zamanda həmin plagiat mahnının Daşnaksütyun Partiyasının himni olması da iddia edilir.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний)- Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Kara (Cənubi Koreyalı qrup)
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Naxodka buxtası (Kara dənizi)
Naxodka — Ob estuarisinin qərb hissəsində, Yamal yarımadasının sahilində yerləşir. Materikin daxilinə 9 km məsafədə uzanır. Dayazlığı ilə seçilir. Qabarma zamanı suyunun səviyyəsi 2-3 metr qalxır. Buxta kapitan Serqeevin rəhbərliyi altında 1897-cu ildə tətqiq edilmişdir. Bundan sonra isə Sibir ilə İngiltərə arasında dəniz naviqasiyası təşkil edilmişdir. Hazırda sahilində Buxta-Naxodka qəsəbəsi yerləşir.
Vilkiski adaları (Kara dənizi)
Vilkiski adaları — Nordenşeld arxipelaqına daxil olan adalar qrupu. Adalar qrupu Kara dənizi ilə əhatələnir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Adalar qrupu arxipelaqın cənub-şərqində yerləşir. Nordenşeld arxipelaqının ən cənub hissəsini təşkil edir. Şimal-şərqdən Pastuxov adaları, şimal-şərqdən Şivolski adaları ilə əhatələnir. Arxipelaqın digər adalarından Radzeevski boğazı ilə ayrılır. Qrup cənub-qərbdən şimal-şərqə doğru uzanır. Cənub-qərbdən şimal-şərqə doğru 35 km məsafədə, eni isə 8 km-dir. Adalar qrupunun ən böyük adası Çabak adasıdır.
Vilkitski adası (Kara dənizi)
Vilkitski adası — yaşayışı olmayan, Kara dənizinin şərqində, Ob estuarisi ilə Yenisey körfəzi arasında yerləşən ada. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Ada aypara formasına malikdir. Cənubunda Şved buxtası yerləşir. Eni 9 km, uzunluğu 18 km təşkil edir. Ərazisi əsasən qumsaldır. Ərazisinin 60 km² sahəsi tundra bitkiləri ilə örtülür. Ada 1874-ci ildə kəşf edilmişdir. Ada öz adını Andrey İppolitoviç Vilkitskinin şərəfinə adlandırılmışdır.